Dadlı Almalı Qara Ciyər

Yields: 1 Serving

Yumşaq dana qara ciyəri, soğan və turş alma dilimlərinin əla birləşməsi. Nəticədə ortaya dadlı, qeyri-adi və maraqlı bir yemək çıxır. Evdar.az almalı qara ciyər yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 700 qr qara ciyəri
  • 2 ədəd alma
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı şəkər tozu
  • 50 ml konyak
  • duz, istiot zövqə görə
  • qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

Qara ciyəri yuyub üzərindəki pərdəni təmizləyin, kiçik tikələrə bölün. Kağız dəsmalla qurulayıb tavada bitki yağında qızardın. Duz, istiot səpib çevirərək 7-10 dəqiqə bişirin. Bişən ciyərləri başqa bir qabda tökün. Tavanı kağız salfetlə silib yarım halqa formasında doğranmış soğanları yağda 5-7 dəqiqə yaxşıca qovurun. Almanın cecəsini kəsin və dilimləyin. Alma dilimlərini tavaya soğanların üzərinə əlavə edib, şəkər tozu səpib qarışdırın. Bişmiş ciyərləri də tavaya töküb üzərinə 50 ml konyak töküb qarışdırın. Tavanın qapağını örtüb 5 dəqiqə bişirin (artıq olmaz!). Ocağın altını söndürüb 15-20 dəqiqə kənarda saxlayın. Qarnir olaraq kartofla birlikdə, üzərinə doğranmış göyərti səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir