Dadlı, Rəngli Bezelər

Yields: 1 Serving

Uşaq ad günü üçün maraqlı desert..Süfrəyə verəcəyiniz rənagarəng bezeleri çöp şişdə də hazırlaya bilərsiniz. Evdar.az dadlı, rəngli bezelərin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 5 ədəd yumurta ağı
  • 400 qr şəkər tozu
  • təbii qida boyası
  • vanil
  • yağ

Hazırlanma qaydası:

Yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurta ağlarını şəkər tozuyla yaxşıca çırpın. Üzərinə vanil əlavə edib çırpın. Kütləni bir neçə qablara bölüşdürün. Bölüşdürdüyünüz qablara təbii qida boyaları əlavə edib ehtiyyatla qarışdırın. Soba sinisinə yağlı kağız sərin və yağlayın. Rəngli qarışıqdan qaşıqla yağlı kağız sərilmiş soba sinisinə 2-3 sm aralıqlarla düzün. Əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 1 saat 20 dəqiqə bişirin. Bişən bezelər köpürülmüş və quru olmalıdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.