Dadlı Və Fərqli Resept-Toyuq Ürəyindən Kabab

Yields: 1 Serving

Toyuq ürəyində insan orqanizmi üçün faydalı olan bir çox vitamin və mineral var. Bu faydalı içalatdan ləzzətli kabab hazırlaya bilərsiniz. Toyuq ürəyi kababı iştahaaçan görünüşü və heyrətamiz aroması ilə hər kəsi təəccübləndirəcək ləzzətli bir yeməkdir. Evdar.az toyuq ürəyindən hazırlanan ləzzətli kababın reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr toyuq ürəyi
  • 1 çay qaşığı limon suyu
  • 1 stəkan ağ şərab
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı portağal şirəsi
  • 2 xörək qaşığı soya sousu
  • 1 xörək qaşığı bitki yağı
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

İlk öncə toyuq ürəklərini yuyub baş hissəsini kəsin. Sarımsaqları xırda doğrayın,portağal və limonun şirəsini sıxın. Bir qabda limon və portağal şirəsi, xırda doğranmış sarımsaq, soya sousu, istiot və duz töküb qarışdırın. Ürəkləri bu marinada töküb qarışdırın. Qabın üzərinə streç salafan keçirib 2-3 saatlıq soyuducuya yerləşdirin. Daha sonra marinaddan çıxartdığınız ürəkləri taxta çöplərə keçirib tavada bitki yağında qızardın. Ürəkləri qızartdığınız tavaya ağ şərab tökün, çöplərdən çıxarılmış ürəkləri yenidən tavada şərabın içində bir neçə dəqiqə bişirin. Ürək kababını isti halda istədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz. Bu kababın yanına koreya üsulu kök də yaraşır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.