
Film seyr etdikdə çips yemək olduca xoşdur. Ancaq bu çipslər sağlam, faydalı çipslər olmalıdır. Mağazada satılan qablaşdırılmış meyvə çipslərində yüksək fruktozalı qarğıdalı siropu və yağlar var. Evdar.az qablaşdırılmış çipsləri unutduracaq dadlı və faydalı ev şəraitində hazırlanmış banan çipsinin reseptini təqdim edir.
Tərkibi:
- 1 ədəd banan
- yarım limonun suyu
Hazırlanma qaydası:
Bananın qabığını soyub nazik halqalar şəklində dilimləyin. Yağlı kağız sərilmiş soba sinisinə banan dilimlərini bir-birinə dəyməyəcək aralıqlarda düzün. Yarım limonun sıxılmış suyunu fırçayla banan dilimlərinin üzərinə yaxın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1-1,5 saat bananlar quruyanadək bişirin. Soyuduqdan sonra çipsləri süfrəyə verə bilərsiniz.
Nuş Olsun!