Category: Qəlyanaltılar

Yields:
1 Serving
Dadlı və faydalı qəlyanaltı resepti axtaranlar həm gündəlik, həm də bayram süfrəsi üçün kəsmik və göyərti ilə doldurulmuş rəngli bibər hazırlaya bilər. Evdar.az asan hazırlanan kəsmikli rəngli bibərlərin reseptini təqdim edir.
Dadlı Və Faydalı Qəlyanaltı: Kəsmikli Rəngli Bibərlər
Tərkibi:
- 3 ədəd fərqli rəngli bibər
- 350 qr kəsmik
- 200 qr ərinmiş pendir
- şüyüd, kəsmik, cəfəri
- 1 diş sarımsaq
- duz, istiot
Hazırlanma qaydası:
İlk öncə bibərlərin baş hissəsini kəsib tumlarını təmizləyin.
İçliyi hazırlamaq üçün bir qabda kəsmik, ərinmiş pendir, xırda doğranmış göyərtilər, əzilmiş sarımsaq, duz və istiot töküb qarışdırın. Bibərlərin başından kəsdiyiniz hissələri xırda kub formasında doğrayıb içliyə əlavə edin.
Bibərlərin içini hazırladığınız içliklə doldurun. Daha sonra doldurulmuş bibərləri 0.5 sm qalınlığında doğrayıb süfrəyə verin.
Ən dadlı qəlyanaltı reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!