Dadlı və Faydalı Qlütensiz Peçenye

Yields: 1 Serving

Özünüzü peçenye yemək həzzindən məhrum edə bilmirsiniz, eyni zamanda formada qalmaq istəyirsiniz? İdeal həll buğda ununu düyü unu ilə əvəz etməkdir. Düyü unundan hazırlanan peçenyelər nisbətən aşağı kalorili məzmuna malik dadlı və faydalıdır. Evdar.az dadlı və faydalı peçenyenin reseptini təqdim edir.

Dadlı və Faydalı Qlütensiz Peçenyenin tərkibi:

  • 100 qr düyü unu
  • 40 qr inək yağı
  • 4 xörək qaşığı kokos qırıntısı
  • 3 xörək qaşığı xama
  • 1 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • 1/2 çay qaşığı vanil
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı laym və ya limon qabığı rəndəsi

Dadlı və Faydalı Qlütensiz Peçenyenin hazırlanma qaydası:

Dərin bir qaba düyü ununu tökün. Otaq temperaturunda yumşaldılmış yağı kiçik paçalara doğrayıb una əlavə edin. Üzərinə kokos, vanil və qabartma tozunu əlavə edib əlinizlə ovuşdurun. Xırdalanmış bir kütlə almalısınız. Ayrı bir qabda xama, yumurta, şəkər tozunu qarışdırın. Quru inqrediyentlərə yumurta qarışığını əlavə edin. Laymı yuyun və qabığını sürtgəcin xırda gözündən keçirin. Limon, portağal və ya naringi istifadə edə bilərsiniz. Xəmiri yaxşıca yoğurun. Əgər duru xəmir alınarsa bir az daha un əlavə edin. Qabın üzərini streç salafanla örtüb xəmiri 30 dəqiqəlik soyuducuya yerləşdirin.  Soba sinisinə yağlı kağız sərin.Əllərinizi suda isladın, xəmiri 12-15 hissəyə bölün. Hər bir parçadan bir top yuvarlayın, ovuclarınızla düzəldib yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 190-200 dərəcə qızdırılmış sobada qızılı rəng alana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.