Dadlı və Doyurucu Badımcanlı Toyuq Yeməyi

Yields: 1 Serving

Bu resept dadlı və doyurucu yeməkləri sevənlər üçün idealdır. Toyuq əti, badımcan və mozarella pendirinin birləşməsi inanılmaz dərəcədə dadlıdır. Evdar.az badımcanlı toyuq yeməyinin reseptini təqdim edir.

Dadlı və Doyurucu Badımcanlı Toyuq Yeməyinin tərkibi:

  • 3 ədəd toyuq filesi
  • 1-2 ədəd badımcan
  • 200 qr mozarella pendiri
  • 100 ml bitki yağı

Sousu üçün:

  • 500 qr pomidor
  • 150 qr soğan
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı tomat pastası
  • zövqə görə duz,istiot
  • zövqə görə italyan otları

Dadlı və Doyurucu Badımcanlı Toyuq Yeməyinin hazırlanma qaydası:

Sousu hazırlamaq üçün ilk öncə soğanı doğrayın. Qazana və ya tavaya 50 mililitr bitki yağı töküb doğranmış soğanı əlavə edin və qızardın. Doğranmış sarımsağı da əlavə edib qarışdırın. Pomidorların qabığını soyub kub formasında doğrayın. Doğranmış pomidorları da qovrulmuş soğana əlavə edin. Üzərinə ədviyyatları və tomat pastasını əlavə edib orta ocaqda 7-10 dəqiqə bişirin. Ocaqdan götürüb əl blenderiylə püre halına gətirin.  

Badımcanı yuyun və 0,5-0,7 santimetr qalınlığında dilimlərə kəsin. Badımcan dilimlərini duzlayıb quru qril tavada iki tərəfli bişirin. Toyuq filesinə duz, istiot səpib bitki yağıyla yağlayın. Quru tavada hər iki tərəfli qızardın.

Qızardılmış badımcan dilimlərini odadavamlı şüşə və ya keramik soba sinisinə düzün. Üzərini pomidor sousunun yarısı ilə örtün. Daha sonra toyuq filesini üzərinə düzüb qalan sousu da tökün. Üzərinə dairə formasında dilimlənmiş və ya sürtgəcdən keçirilmiş mozzarella pendiri səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə qızılı rəng olana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir