Dadlı Və Faydalı Kəsmikli Krem

Yields: 1 Serving

Çox dadlı, yüngül və ən əsası da faydalı kəsmikli krem. Bu dadlı krem tortların üzərini örtmək üçün və ya şirniyyatlarınızı bəzəmək üçün istifadə edilə bilər. Həm də rəqəm formalı ballı tortlar üçün də əladır.

Tərkibi:

  • 250 qr 9%-lik kəsmik
  • 180 qr kərə yağı
  • 50-70 qr qatılaşdırılmış süd
  • 50 qr şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə çırpın. Üzərinə  çəkər kirşanı əlavə edib yağa ağarana qədər çırpmağa davam edin. Başqa bir qabda kəsmiklə qatılaşdırılmış südü blenderlə yaxşı qarışdırın.  Daha sonra kəsmikli kütləni çırpılmış yağ qarışığına əlavə edib bir neçə dəqiqə mikserlə çırpın. Krem hazırdır. İstifadədən öncə kremi 1 saat soyuducuda saxlayın.

Müəllif: Lilparscake

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.