Türk mətbəxinin ənənəvi desertlərindən biri olan sütlaç, yüngül olduğu qədər də asan hazırlanan bir ləzzətdir. Südlə düyünün qarışması nəticəsində ortaya çıxan bu dadlı deserti isti və soyuq halda süfrəyə verə bilərsiniz. Evdar.az damaqda xoş bir dad buraxan sobada sütlaçın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
- 5 stəkan süd
- 1 stəkan şəkər tozu
- 3 xörək qaşığı qaynadılmış düyü
- 1 ədəd yumurta sarısı
- 1,5 xörək qaşığı buğda nişastası
- 1 stəkan su
- 1 ədəd çubuq vanil (istəyə görə vanil tozu)
Hazırlanma qaydası:
Soyuq südü və şəkər tozunu geniş bir qazana tökün. Bir tel çırpıcıyla şəkər tozu əriyənə qədər qarışdırdıqdan sonra zəif ocaqda qaynamağa qoyun. Bol suda yuduğunuz düyüləri ayrı bir qazanda, zəif odda suyunu çəkənə qədər qaynadın. Vanil çubuğunu ortadan ikiyə kəsib, iti bir bıçaq ucu köməyi ilə nüvə qisimlərini qazıyın. Şəkər tozu əridikdə südə əlavə edin. 1-2 dəqiqə qaynayan şəkərli südə qaynadılmış düyüləri əlavə edin. Arabir qarışdıraraq bişirməyə davam edin. Yumurta sarısı, buğda nişastası və suyu bir qabda hamar bir konsistensiya alana qədər qarışdırın. Yumurta sarısının kəsilməməsi üçün zəif qaynamaqda olan süd qarışığından götürüb nişastalı qarışığı ilıdın. Hazırladığınız yumurta sarılı qarışığı sütlaç qazana az-az qatıb sürətlicə qarışdırın. Sütlaç konsistensiyanı oda davamlı porsiyonluq güvəç qablarına bərabər ölçüdə boşaldın. Sütlaçlı güvəçləri dərin bir soba sinisinə aralıqlarla düzüb, qabların yarısına gələcək qədər soyuq suyu töküb 200 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Sobadan çıxartdığınız sütlaçları otaq istiliyində soyutduqdan sonra soyuducuya yerləşdirin. Soyuyan sütlaçları sevdiklərinizlə paylaşın.
Nuş Olsun!