Desertlərin Ən Gözəli: Narlı Brauni (Brownie)

Yields: 1 Serving

Yüz illər boyu ölümsüzlük və bərəkət simvolu kimi tanınan narı peçenye, tort, içki və salatlarda istifadə edirik. Yorğunluğu aradan qaldıran, qanda xolesterini salan, təzyiqi tarazlaşdıran, qan hüceyrələrini yeniləyən və dəri şişlərinin qarşısını alan narın saysız-hesabsız faydasıyla toxunduğumuz hər reseptə əlavə etmək kifayət edir. Evdar.az narlı brauni reseptini təqdim edir.

Tərkibi:

  • 120 qr otaq temperaturunda kərə yağı
  • 240 qr doğranmış bitter şokolad
  • 1 stəkan şəkər tozu
  • 4 ədəd otaq temperaturunda yumurta
  • 1 çimdik duz
  • 1 stəkan un
  • 1 stəkan nar dənələri

Üzəri üçün :

  • 1/2 (yarım) paket qaymaq
  • 2 xörək qaşığ şəkər kirşanı
  • apardığı qədər nar dənələri
  • apardığı qədər nanə yarpaqları

Hazırlanma qaydası:

Kərə yağı ilə şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin və qarışdırın. Otaq istiliyinə gəldikdə şəkər tozunu əlavə edib tel çırpıcıyla qarışdırın. Yumurtaları tək-tək əlavə edin və qarışdırın. Duz və unu ələyərək əlavə edin və yalnız qarışana qədər qarışdırın. Narları da əlavə edib altdan üstə çevirərək qarışdırın. Muffin kağızlarını muffin qabına qoyun və xəmiri bölüşdürün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Daha çox bişirsəniz, keks konsistensiyasında olacaq.

Kremini hazırlamaq üçün qaymaq və şəkər tozunu mikserin yüksək sürətində yaxşıca çırpın. Kremi konditer  torbasına doldurub istədiyiniz kimi bəzəyə bilərsiniz. Ləziz braunini nar dənələri və nanə yarpaqları ilə bəzəyib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.