Diabet Xəstələri Üçün Ballı-Badamlı Unsuz Keks

Yields: 1 Serving

Son dövrlər sağlam həyat tərzi mövzusu daha çox təbliğ olunur. Söhbət sağlam qidalanma olduğundan yediyiniz qidaların kalori dəyərləri qədər faydalı və qidalandırıcı olması da böyük əhəmiyyət daşıyır. Bal və badam ilə dada gələn keks bişirə bilərsiniz. Bu keksin ən böyük müsbətləri un, yağ və şəkər tozu istifadə edilməməsidir. Xüsusilə diabet xəstəsi olanlar və çay süfrəsi üçün yüngül bir alternativ axtaranlar üçün olduqca uyğun bir  variantdır. Evdar.az badamlı unsuz keksin reseptini təqdim edir.

Tərkibi:

  • 1,5 stəkan qovrulmuş badam ləpəsi
  • 4 ədəd otaq temperaturunda yumurta (sarısı və ağı ayrılmış şəkildə)
  • yarım stəkan bal
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1/2 çay qaşığı duz

Üzəri üçün:

  • 2 xörək qaşığı bal
  • 1/2 stəkan çəkilmiş badam ləpəsi

Hazırlanma qaydası:

İlk əvvəl 1,5 stəkan qovrulmuş badamı blenderdən keçirdin və kiçik hissələrə ayırın. Ayrı bir qabda 4 ədəd yumurtanın sarısını, 1/2 stəkan balı, vanil, qabartma tozunu və duzu mikser köməyi ilə yaxşıca qarışana qədər çırpın. Daha sonra kiçik hissələrə ayırdığınız çəkilmiş badamı bu qarışığa əlavə edin və bərabər şəkildə qarışana qədər mikserlə qarışdırmağa davam edin. Ayırdığınız 4 ədəd yumurta ağlarını geniş bir qabda yaxşıca təxminən 1-2 dəqiqə ərzində mikser köməyi ilə çırpın. Daha sonra köpürən yumurta ağlarını da qarışığa əlavə edin və bir taxta qaşıq köməyi ilə yaxşıca qarışdırın. Hazırladığınız keks xəmirini əvvəlcədən yağlanmış və ya yağlı kağız sərilmiş keks qəlibinə töküb yayın. Keksi əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə qəhvəyi bir rəng olana qədər bişirin. Bişən keksi qəlibdən çıxardıb 10 dəqiqə soyudun və üzərinə bal yaxıb badamla bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir