Dondurmanı Xatırladan İtalyan Deserti Tartufo

Yields: 1 Serving

Şam yeməyinizi bir İtalyan ləzzəti olan Tartufo deserti ilə sonlandırın. Bir çox resepti olan bu deserti acı badam peçenyesiylə də hazırlananı mütləq sınaqdan keçirin. Evdar.az dondurmanı xatırladan desertin reseptini təqdim edir.

Tərkibi:

  • 90 qr acı badam peçenyesi
  • 100 qr bittər şokolad
  • 300 qr vanilli dondurma
  • 20 qr kakao
  • 200 qr qaymaq
  • 200 ml moruq sousu

Hazırlanma qaydası:

Acı badam peçenyesini iri tikələr halına gətirin. Bittər şokoladı nazik və kiçik tikələrə ayırın. Dondurmanı kub formasına kəsib 5 dəqiqə yumşalması üçün kənara qoyun. Dərin bir qabda qaymağı mikserlə yaxşıca çırpın. Daha sonra yumşalmış dondurmanı da əlavə edib çırpmağa davam edin. Qarışığa peçenyeləri və şokoladı da əlavə etdikdən sonra bərabər şəkildə qablara bölüşdürün. Bu deserti hazırlamaq üçün yarımkürə formasında silikon qəliblərdən istifadə edə bilərsiniz. Desertin orta hissəsinə albalı sousundan əlavə edib səliqəyə salın. Doldurduğunuz qəlibləri soyuducuya 3 saatlıq yerləşdirin. Süfrəyə verdikdə qabları isti suya batıraraq servis edəcəyiniz qaba tərs çevirin. Üzərinə bolluca kakao səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir