Dünyaca Məşhur Holland Vaflisi – Stroopwafel

Yields: 1 Serving

Stropvafli (Stroopwafel), bir neçə əsrlik bir tarixi olan ənənəvi Holland vaflisidir. Dünyaca məşhur  Holland vaflisi – iki nazik vafli arasında karamelli desertdir. Bu ecazkar deserti dadmaq üçün uzaq yol getmək lazım deyil, öz mətbəxinizdə özünüz hazırlaya bilərsiniz. Evdar.az Holland vaflisinin reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 3 stəkan un
  • 230 qr otaq temperaturunda kərə yağı
  • 1 çay qaşığı şəkər tozu
  • 60 ml isti süd
  • 1 çay qaşığı tez həll olunan maya
  • 2 ədəd yumurta
  • 1/3 stəkan şəkər tozu
  • 1 xörək qaşığı darçın
  • 1 çimdik duz

Karameli üçün:

  • 3/4 stəkan +2 xörək qaşığı qəhvəyi  şəkər tozu
  • 1 stəkan qarğıdalı siropu və ya bal
  • 60 qr kərə yağı
  • 1 çay qaşığı darçın tozu

Hazırlanma qaydası:

İlk öncə bir stəkanda 1 xörək qaşığı şəkər tozu, tez həll olunan maya və 3 xörək qaşığı isti südü töküb qarışdırın  və 10 dəqiqəlik kənara qoyun. Başqa bir qabda əridilmiş kərə yağını mikserlə ağaranadək yaxşıca çırpın. Üzərinə 1/3 stəkan şəkər tozu, duz və darçını əlavə edib . Daha sonra üzərinə yumurta, südlü maya qarışığını və unu əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana bükün və 1 saatlıq isti yerdə gözlədin.

Karameli hazırlamaq üçün balaca qazançada qarğıdalı siropu ( və ya bal), qəhvəyi şəkər tozu və darçını qarışdırın. Qazançanı ocağa qoyub zəif ocaqda 10-15 dəqiqə şəkər əriyənək qarışdırın. Ocaqdan götürün və kərə yağını əlavə edib taxta qaşıqla yaxşıca qarışdırın. Xəmirdən stolüstü tennis topu ölçüsündən kündələr edin. Vafli qəlibini qızdırın və kündələrdən vafli bişirin. İsti vafliləri iki hissəyə ayırın. Arasına karamelli içlikdən yaxın və birləşdirin. Vaflinin kənarları səliqəli olsun deyə peçenye qəlibiylə kəsə bilərsiniz. Qalan kündələri də eyni qayda ilə bişirib hazırlayın. Süfrəyə verməzdən əvvəl 15-20 dəqiqə soyudun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir