Dünyanın Ən Nazik Və Tez Hazırlanan Pizzası

Yields: 1 Serving

Heç bir başqa pizzada belə nazik xəmir yoxdur! Bu pizzanın əsası xəmir yox, lavaş təşkil edir. Bişdikdən sonra kənarları xırçıldayan, ancaq içi yumşaq və ləzzətli olur. Evdar.az ən tez hazırlanan pizza reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd lavaş (tava böyüklüyündə, dairəvi lavaş)
  • rəndələnmiş holland pendiri
  • tomat pastası
  • kolbasa
  • pomidor

Hazırlanma qaydası:

İlk öncə lavaşın birini tavaya qoyun. Üzərinə rəndələnmiş pendir səpin (bu lavaşların bir-birinə yapışması üçündür). Üzərinə ikinci lavaşı yerləşdirin. Lavaşın üzərinə tomat pastası yaxıb, yarım halqa doğranmış kolbasa dilimi düzün. Üzərinə halqa doğranmış pomidorları düzüb, rəndələnmiş pendiri səpib tavanın qapağını örtün. Orta ocaqda qapağı bağlı, təxminən 5 dəqiqə pendir əriyənədək bişirin. Üzərinə 1 çimdik xırda doğranmış keşniş, duz və istiot səpib süfrəyə verin.

Üzəri üçün zövqə görə başqa məhsullar düzüb bişirə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.