Ecazkar Dadlı Ərikli Badamlı Keks

Yields: 1 Serving

Ərik meyvələr arasında ən faydalı meyvələrdən biridir.  Yayın ən məşhur, faydalı meyvələrindən olan əriklə ecazkar dadlı keks hazırlaya bilərsiniz. Üstəlik tərkibində badam unu da olan bu keksin qlüten səviyyəsi olduqca aşağıdır. Evdar.az ərikli badamlı keksin reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan ağ un
  • yarım stəkan badam unu
  • yarım stəkan dənəvər şəkər tozu
  • 1 çay qaşığı qabartma tozu
  • çay qaşığı ucunda duz
  • 3/4 stəkan şəkərsiz adi badam südü
  • 1 çay qaşığı alma sirkəsi
  • yarım stəkan zeytun yağı
  • yarım çay qaşığı təmiz badam ekstraktı
  • 5-6 ədəd təzə ərik
  • 1 xörək qaşığı ərik mürəbbəsi

Hazırlanma qaydası:

Dərin bir qabda ağ un, badam unu, şəkər tozu, qabartma tozu və duzu qarışdırın. Üzərinə süd və sirkə əlavə edib çırpın. Zeytun yağı və badam ekstraktı əlavə edib yaxşıca qarışdırın. Xəmiri yağlanmış keks qəlibinə töküb yayın. Ərikləri iki hissəyə bölüb tumlarını çıxarın. İkiyə bölünmüş ərikləri xəmirin üzərinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişirmə vaxtının son 2 dəqiqəsində ərik mürəbbəsini 1 çay qaşığı qaynar su ilə kiçik bir qabda çırpın. Keksi sobadan çıxarın. Hazırlanmış ərik mürəbbəsinik fırçanın köməyi ilə keksin üzərinə yayın. Ancaq  əriklərinə üzərinə çəkməyin.  Keksi  sobaya qaytarın və açıq qızılı rəng alana qədər 10-15 dəqiqə bişirin. Qəlibi dəmir telin üzərində 10 dəqiqə soyudun. Daha sonra keksi  qəlibdən çıxarıb tamamilə soyudun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir