Əfsanəvi Dad -Armudlu Şarlotka Piroqu

Efsanevi Dad -Armudlu Sarlotka
Yields: 1 Serving

Armudlu şarlotka, ilin istənilən vaxtında asanlıqla hazırlana bilən zərif şirniyyatdır. Evdar.az armudlu şarlotka piroqunun reseptini təqdim edir.

Əfsanəvi Dad -Armudlu Şarlotka piroqunun tərkibi:

  • 130 qr un
  • 130 qr şəkər tozu
  • 5 ədəd yumurta
  • 300 qr armud
  • 1 çimdik vanil
  • 0,5 çay qaşığı qabartma tozu
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı manna yarması

Əfsanəvi Dad -Armudlu Şarlotka piroqunun hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün ilk öncə yumurta sarısını ağından ayırın. Bir qabda yumurta sarısını şəkər tozu və vanil əlavə edib mikserlə yaxşıca çırpın. Başqa bir qabda yumurta ağına çimdik duz əlavə edib ağarıb bərkiyənə qədər mikserlə çırpın. Çırpılmış yumurta ağını yumurta sarısına hissə-hissə əlavə edib ehtiyyatla qarışdırın. Ələnmiş un və qabartma tozunu da əlavə edib qarışdırın. Qəlibi kərə yağıyla yağlayın və manna yarması səpin. Xəmiri qəlibə yayıb üzərinə doğranmış armud dilimlərini düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Bişən armudlu şarlotkanı süd və ya çayla süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir