Enerji Deposu Narlı Heyvalı Qış Çayı

Yields: 1 Serving

Qış aylarında qapınızı döyən qrip və soyuqdəymə həm orqanizmanıza, həm də əhval-ruhiyyənizə pis təsir edir. Bunun üçün əhval-ruhiyyənizi qaldıracaq, həm də immunitetinizi gücləndirəcək qış çayı hazırlayıb içə bilərsiniz. Evdar.az həm bədəni, həm də ruhunuzu canlandıran ləziz narlı heyvalı qış çayı reseptini təqdim edir.

Tərkibi:

  • cökə
  • heyva
  • nar
  • limon
  • üzüm qurusu
  • qara gavalı
  • cəfəri
  • alma
  • darçın çubuğu

Hazırlanma qaydası:

Bir qabda 2,5 litr suda bütün tərkibi töküb qaynadın. Daha sonra süzüb içə bilərsiniz. Tərkibin miqdarını zövqə görə tənzimləyə bilərsiniz. Ancaq çox turş olmaması üçün nar dənələrini yarım stəkan tökməyiniz kifayətdir. Bu reseptə şəkər tozu əlavə etmədən arzu etdiyiniz kimi isti və ya soyuq halda işə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.