Category: Pəhriz Yeməkləri
Cuisine: Azərbaycan Mətbəxi

Yields:
1 Serving
Kor dolma xörəyinin adında “kor” “ətsiz”mənasında işlənib. Bu ləziz təam xalq arasında “ətsiz dolma”, “dəli dolma” adı ilə də tanınır. Evdar.az ət istifadə edilmədən bişirilən kor dolmanın reseptini təqdim edir.
Kor dolmanın tərkibi:
- 55 qr (3 xörək qaşığı) düyü
- 55 qr (3 xörə k qaşığı) yarma
- 55 qr (3 xörək qaşığı) mərcimək
- 20 qr keşniş
- 25 qr kərə yağı
- duz, istiot
- üzüm yarpağı
Kor dolmanın hazırlanma qaydası:
İlk öncə yarma, düyü və mərciməyi yaxşıca yuyub suyunu süzün. Keşnişi də yaxşıca yuyub süzün və xırda doğrayın. Dərin bir qaba yuyulmuş yarma, mərcimək,düyü,doğranmış keşniş,duz və istiot əlavə edib qarışdırın. Hazırlanmış içliyis açılmış üzüm yarpağına bükün. Bu içliyi əvəlik yarpağı və kələmə də bükmək olar. Dolmaları qazana düzüb üzərinə su əlavə edib bişməyə qoyun. Dolmaların üzərinə qapaq və ya boşqab yerləşdirin ki, dolmalar açılmasın. Bişənə yaxın dolmaların üzərinə yağ əlavə edin.
Nuş Olsun!