Ev Şəraitində Almalı Xardal Sousu

Yields: 1 Serving

Hər şeyi ədviyyatlı sevirsinizsə, evdə hazırlanmış almalı xardal ən sevdiyiniz ət sousuna çevrilə bilər. Mağazada satılan sadə klassik xardaldan fərqli olaraq, ev şəraitində hazırlanmış almalı xardal sousu heç bir stabilizator və qatılaşdırıcı (qatılığı artırmaq və sıxlığı saxlamaq üçün istifadə edilir) olmadan hazırlanır. Evdar.az ev şəraitində almalı xardal sousunun reseptini təqdim edir.

Ev Şəraitində Almalı Xardal Sousunun tərkibi:

  • 3-5 ədəd orta ölçülü alma
  • 2-3 xörək qaşığı xardal tozu
  • 5 xörək qaşığı alma sirkəsi
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • 4 dənə mixək
  • 4 dənə istiot

Ev Şəraitində Almalı Xardal Sousunun hazırlanma qaydası:

İlk öncə yetişmiş turş və ya şirin almaların çəyirdəyini çıxarın və qabığını soyub dilimləyin. Almaları bir qazana qoyub dibinə yarım stəkan su töküb yumşalana qədər təxminən 15-30 dəqiqə bişirin. Kiçik bir qazana duz, şəkər tozu, sirkə, mixək və dənə istiot əlavə edin. Qazanı ocağa qoyub aşağı odda qaynadana qədər qızdırın. Ocaqdan götürüb dəmlənməsi üçün kənarda 2-3 dəqiqə saxlayın. Bişmiş alma püresini blenderə qoyub üzərinə isti ədviyyatsız şəkər-sirkə qarışığını (içindəki dənə mixək və istiotu çıxarın) tökün və xardal tozunu da əlavə edin. Çox ədviyyatlı xardal almaq istəyirsinizsə 3 xörək qaşığı xardal tozu əlavə edin və daha yumşaq xardal almaq istəyirsinizsə 1,5-2 xörək qaşığı ilə ala bilərsiniz. Blenderlə yaxşıca qarışdırıb uyğun ölçüdə bir bankaya köçürün. Otaq temperaturunda 1-2 gün yetişməsi üçün saxlayın. Daha sonra onu soyuducuya yerləşdirin və sendviç, ət, balıq, marinad və salatlarda istifadə edin. Ev şəraitində hazırlanmış alma xardalı hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir