Ev Şəraitində Ketçup

Yields: 1 Serving

Dadlı ketçupu artıq evdə özünüz hazırlamaq istəyirsiniz? Həm də sərfəli qiymətə və bahalı ketçupların dadında? Mağazadan aldığınız 1 ketçup qiymətinə evdə 3-4 banka bişirib saxlaya bilərsiniz. Evdar.az ev şəraitində ketçupun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 3 kq pomidor
  • 0,5 kq turş alma
  • 0, 25 kq soğan
  • 1,5 stəkan şəkər tozu
  • 1,5 xörək qaşığı duz
  • 50 qr alma sirkəsi
  • 2 çimdik istiot

Hazırlanma qaydası:

İlk öncə pomidor, alma və soğanın qabıqlarını soyub doğrayın. Almaların qabığını soymasanız da, olar. Soğan doğrayıb yumşalanadək  bişirin. Daha sonra blenderlə əzib 50 dəqiqə ərzində yenidən bişirin. Tam bişənə yaxın şəkər tozu, duz, istiot və sirkə əlavə edib qarışdırın. Ocaqdan götürüb, sterilizə olunmuş bankalara tökün. Dadlı ev ketçupunuz hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.