Ev Şəraitində Ləzzətli Snikers Dondurması

Yields: 1 Serving

Dondurma həvəskarları üçün olduqca ləzzətli ev şəraitində Snickers dondurması. Evdar.az asan hazırlanan snickers dondurmasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd Snickers şokoladı
  • yarım stəkan qatılaşdırılmış süd
  • 1 stəkan süd
  • 1 stəkan qaymaq
  • yarım stəkan şokolad sousu

Hazırlanma qaydası:

Bir qabda snikersi və qatılaşdırılmış südü su hamamında əridin. Əriyən qarışığı başqa bir qaba tökün, süd, qaymaq və şokolad sousu ilə qarışdırın. 2 saat soyuducuda gözlədin. Qarışığı soyuducunun dondurucu gözünə yerləşdirin və 2 saat dondurun. Dondurma hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.