Ev Şəraitində Mürəbbədən Şərab

Yields: 1 Serving

Rəfinizdə keçən ildən qalan mürəbbəniz varsa, onu atmağa tələsməyin! Mürəbbədən yay giləmeyvəsi qoxulu və ləzzətli bir alkoqollu içki hazırlaya bilərsiniz. Ev şəraitində mürəbbədən hazırlanmış şərab yalnız ətirli deyil, həm də kifayət qədər tünd olur. Yaxşı bir şərab istənilən giləmeyvə mürəbbəsindən hazırlana bilər, lakin gavalı, alma və ya ərikdən hazırlandıqda xüsusilə dadlı olacaq. Evdar.az ev şəraitində mürəbbədən şərabın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 2,5 litr su
  • 1 litr moruq mürəbbəsi
  • 200 qr üzüm qurusu

Hazırlanma qaydası:

İlk öncə suyu qaynadın və soyudun. Su otaq temperaturundan bir qədər isti olmalıdır. Böyük bir şüşə qaba suyu tökün. Üzərinə mürəbbə və kişmiş əlavə edin. Üzümləri əvvəlcədən yumayın! Şüşənin 3-də biri doldurulmalıdır. Əgər böyük bir şüşə yoxdursa 2 ədəd balona bölüşdürün. Şüşə qaba qapaq əvəzinə tibbi əlcək keçirin. Rezin yox, nazik tibbi əlcək olmalıdır. Şüşə qabı qaranlıq bir yerdə təxminən 1 ay saxlayın. Ay tamam olduqda şərabı bir tənzif köməyilə süzün. Süzülən mayeni təmiz bir qaba boşaldın. Qabın qapağını möhkəm bağlayıb 35 günlük kənara saxlayın. Bu müddətdən sonra şərabı çöküntüdən ayıraraq şüşələrə çox ehtiyyatla tökün. Çöküntü şüşələrə düşərsə, içki bulanıq olar və dadı bir az pis olar. Hazır şərabı dərhal və ya 2-3 gün qaldıqdan sonra içə bilərsiniz.

Vacib qeyd:

  • Şərab hazırlamaq üçün şirin mürəbbə istifadə edəcəksinizsə, məsələn moruq və ya çiyələk mürəbbəsi, bu cür mürəbbəyə turş mürəbbə əlavə etmək məsləhətdir, məsələn qara qarağat və s. Əks halda şərab böyük ehtimalla spirtli kompotu xatırladacaq.
  • Çox dadlı şərab alma, gavalı və ya ərik mürəbbəsindən hazırlanır. Əgər bu mürəbbələrin birinə  bir az bal əlavə etsəniz, şərab zərif bal dadı verəcək.
  • Şərab xarab olmamış mürəbbədən hazırlanmalıdır. Yəni kiflənmiş olmamalıdır.
  • Qab kifayət qədər böyük olmalıdır ki, şərabın mayalanması üçün yer olsun.
  • Alkoqollu şərab içkisi bir neçə fərqli mürəbbəni qarışdırsanız çox dadlı olacaq. Buna görə həm dadında, həm də ətrində bir çeşid əldə edəcəksiniz.
  • Hazır şərabı saxlamaq üçün plastik deyil, şüşə butulkalardan istifadə etmək daha yaxşıdır. Çünki plastikdə tez xarab olur və bu da şərabın dadını dəyişə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir