Ev Şəraitində Qumda Türk Qəhvəsi

Yields: 1 Serving

Türk qəhvəsi qəhvə sevənlərin əvəzolunmaz içkilərindəndir. Restoranlarda və kafelərdə qumda hazırlanan qəhvəni bir dəfə dadan bu ləzzətdən imtina edə bilmir. Bu ləzzəti içmək üçün ətək-ətək pullar tökülür. Artıq kafelərdə hazırlanan qəhvəni ev şəraitində asanlıqla hazırlaya biləcəksiniz. Üstəlik elə fərqli aparatlara və vəsitələrə ehtiyacınız da olmayacaq.

Qumda qəhvəyə ləzzətini verən, qəhvənin ağır-ağır bişirilməsidir. Beləcə su ilə qəhvə qarışır, qəhvə də aromasını daha yaxşı buraxır. Nəticədə ortaya ləzzətli və bol köpüklü qəhvə çıxır. Evdar.az ev şəraitində qumda qəhvənin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

2 nəfərlik qəhvə üçün:

  • 2 qəhvə fincanı su
  • 2 çay qaşığı Türk qəhvəsi
  • istəyə görə şəkər tozu və ya qənd
  • akvarium qumu
  • sac tava ya da soba nimçəsi

Hazırlanma qaydası:

Sac tavaya akvarium qumunu bərabər  şəkildə yayın. Sac tava yoxdursa soba nimçəsi də istifadə edə bilərsiniz. Qum dolu sac tavanı ocağın üzərinə qoyun və ocağın altını açın. Qum kifayət  qədər istiliyə gəldikdən sonra mis qəhvədana Türk qəhvəsi, su və zövqə görə qənd əlavə edib qarışdırın. Qəhvədanı qumun orta hissəsinə yerləşdirin və arada yavaş-yavaş qumun üzərində gəzdirin. Qəhvədanı bir neçə dəqiqə qumun üzərində gəzdirdikdən sonra qəhvə də bişmiş olacaq. Çünki dairəvi hərəkətlər bişmə müddətini qısaldır. Köpürməyə başladığı anda qəhvədanı qumdan götürüb qəhvə fincanlarına töküb içə bilərsiniz.

Nuş Olsun!

Qeyd: Qəhvənizi hazırladıqdan sonra akvarium qumunu atmağınıza ehtiyac yoxdur, bu qumu sonra yenidən istilədib istifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.