Ev Şəraitində 10 Dəqiqəyə Koreya Üsulu Kök

Yields: 1 Serving

Salatların hazırlanmasında istifadə olunan mağazadan aldığınız koreyasayağı kökü özünüz ev şəraitində cəmi 10 dəqiqəyə hazırlaya bilərsiniz. Koreya üsulu kökü hazırlamaq üçün xüsusi rəndədən istifadə etmək lazımdır. Samanvari marinə olunmuş kökü həm salat, həm də şoraba kimi də yeyə bilərsiniz. Evdar.az ev şəraitində koreya üsulu kökün reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq yerkökü
  • 100 ml günəbaxan yağı
  • 4 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı duz
  • 1 çay qaşığı keşniş qurusu
  • 1/2 çay qaşığı qırmızı istiot
  • 7 xörək qaşığı sirkə
  • 3-4 diş sarımsaq

Hazırlanma qaydası:

Yerkökünü yuyub təmizləyin. Daha sonra yerköküləri xüsusi rəndədən keçirin. Uzun zolaqlar şəklində yerköküləri dərin bir qaba yerləşdirin. Bir tavada bitki yağının üzərinə şəkər tozu, duz, keçniş qurusu, qırmızı istiot və sirkəni töküb ocağa yerləşdirin. Qaynamağa başlayan kimi ocaqdan götürüb samanvari rəndələnmiş kökün üzərinə tökün. 3-4 diş rəndələnmiş sarımsağı da əlavə edib yaxşıca qarışdırın. Daha sonra hazırladığınız koreyasayağı kökü qermetik plastik konteynerə yerləşdirib 4 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.