Ev Şəraitində 10 Dəqiqəyə Lavaşda lahmacun

Yields: 1 Serving

Sobadan yeni çıxmış isti, xırçıldayan bir lahmacunu hamımız sevirik . Xüsusilə evdə yemək bişirmək istəmədiyimiz vaxtlarda. Ağlımıza ilk pizza ya da lahmacun sifariş vermək gəlir. Amma evə gələnə qədər o xırçıltısı itir. Artıq həm xirçıldayan, həm isti, həm də istədiyiniz ləzzətdə lahmacun bişirmək, sifariş verməkdən daha asandır. Xəmir acıtma, açmaq yoxdur. Yalnız istədiyiniz kimi içliyi hazırlayın, təxminən on dəqiqə sonra da lahmacunlarınızın dadını çıxarın. Evdar.az lavaşda lahmacunun reseptini təqdim edir.

Tərkibi:

  • 5 ədəd lavaş
  • 200 qr qiymə(çəkilmiş ət)
  • 1 ədəd orta boy soğan
  • 1 ədəd pomidor
  • 1 çimdik doğranmış cəfəri
  • duz,istiot

Hazırlanma qaydası:

Dərin bir qaba 200 qr qiyməni qoyun. Üzərinə 1 ədəd rəndələnmiş pomidor tökün. Ardından 1 çimdik xırda doğranmış cəfəri, duz və istiot əlavə edin. İçliyi əlinizlə yaxşıca yoğurun. Əgər lahmacun içliyi qatı bir  konsistensiyada olarsa su ya da zeytun yağı əlavə edib təkrar yoğura bilərsiniz. Lavaşları dəzgahın üzərinə sərin. İstədiyiniz genişlikdə bir stəkan ya da tas köməyi ilə dairəvi şəkildə kəsin. Kəsdiyiniz lavaşların üzərlərinə hazırladığınız qiyməli içlikdən  qoyun. Əlinizlə lavaşın üzərinə yaxşıca yayın. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada üstü qızarana qədər bişirin. Bişdikdən sonra sobadan çıxardın .Üzərlərinə limon və cəfəri əlavə edib isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.