Ev Şəraitində Arıqladan Çay

Yields: 1 Serving

Çay yalnız ölkəmizdə deyil, bir çox ölkədə də üstünlük verilən bir içkidir. Bəzi tədqiqatlar çayın sağlamlıq üçün çəki atmaqda və bel ətrafındakı yağları azaltmaqda son dərəcə təsirli olduğunu göstərir. Ancaq bəzi paketlənmiş arıqlama çayları sağlamlığa mənfi təsir edir. Evdar.az ev şəraitində hazırlaya biləcəyiniz faydalı arıqladan çayın reseptini təqdim edir.

Tərkibi:

  • yarım litr qaynar su
  • 2 şay qaşığı yaşıl çay
  • yarım limon
  • 1 şüşə mineral su

Hazırlanma qaydası:

Yarım litr qaynar suya iki çay qaşığı yaşıl çayı əlavə edin və 10 dəqiqə dəmlənməsini gözləyin. Yarım limonu qaynayan çaya sıxaraq qabığı ilə birlikdə çayın içinə atın. Ardından mineral suyu da əlavə edin. Çay hazırdır!

Yaşıl çay, limon və mineral su birləşməsindən yaranan soda limon çayı, arıqlamaq mərhələsində olanlar üçün son dərəcə təsirli bir çaydır. Hər gün yemək aralarında otaq temperaturunda için.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir