Ev Şəraitində Karamel Sousu

Yields: 1 Serving

Karamel sousu – dondurma və tortlar üçün mükəmməl sousdur. Bu sousu evdə asanca hazırlaya bilərsiniz. Karameli peçenyelərin, tortların, dondurmaların üzərini bəzəmək üçün benmari üsulu əridərək istifadə etmək lazımdır. Evdar.az ev şəraitində karamel sousunun reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkanı şəkər tozu
  • 5 xorək qaşığı su
  • 5-6 damcı limon suyu
  • 100 qr kərə yağı (2 xorək qaşığı)
  • 100 qr qaymaq (və ya südün üzərində yığılan qaymaq)
  • 1 çay qaşığı vanil

Hazırlanma qaydası:

Şəkər tozu, limon suyu və 5 xorək qaşığı suyu bir tavaya töküb zəif odda qaynamağa qoyun. Arada bir tavanı yelləyərək qarışdırın. (Karamelize olduqda qaşıqla qarışdırmayın!). Şəkər tozu qaynadıqca rəngi tündləşməyə başlayacaq. Südlü qəhvə rəngini aldıqda içərisinə kərə yağını əlavə edib əriyənə qədər qaşıqla qarışdırın. Daha sonra qaymağı da əlavə edib sürətlə qarışdırmağa davam edin. Əridikdə ocaqdan götürüb, vanil əlavə edib 2 dəqiqə daha çırpmağa davam edin. Əgər içində qaymaq parçaları varsa əl blenderi ilə qarışdıra bilərsiniz. Blenderlə qarışdırdıqda rəngi bir az daha açılacaq. Karameli istiykən şüşə qaba boşaldın. Soyuduqda qapağını bağlayıb soyuducuda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.