Ev Şəraitində Manqaldaki Kimi Közlənmiş Kartof

Yields: 1 Serving

Pikniyə getməyə hər zaman fürsət olmaya bilər,ancaq ev şəraitində də manqaldaki kimi közlənmiş kartof bişirə bilərsiniz. Evdar.az ev şəraitində közlənmiş kartofun reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq kiçik ölçülü kartof
  • 3 xörək qaşığı un
  • 2 xörək qaşığı duz
  • 100 qr kərə yağı
  • bir neçə budaq cəfəri və şüyüd
  • 2-3 diş sarımsaq

Hazırlanma qaydası:

İlk öncə kartofları yaxşıca yuyun. Salafan paketə un və duzu töküb qarışdırın. Yuyulmuş nəm kartofları da salafan paketə tökün. Paketi bağlayıb kartoflar yaxşıca una bulaşana qədər silkələyərək qarışdırın. Una bulanmış kartofları yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Üzəri üçün bir neçə budaq cəfəri və şüyüdü xırda doğrayıb qaba tökün. Doğranmış göyərtinin üzərinə sarımsaq əzəndən keçirilmiş 2-3 diş sarımsaq əlavə edib yaxşıca qarışdırın. Zövqə görə bişən kartofu iki hissəyə bölün və kərə yağı dilimi qoyub üzərinə sarımsaqlı göyərtini töküb süfrəyə verə bilin. Əgər unlu qarışıqdan artıq qalıbsa gələn dəfə rahat hazırlamaq üçün saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.