Ev Şəraitində Noodle-Asiyasayağı Əriştə

Yields: 1 Serving

Noodle- Çin mətbəxinin ən çox sevilən dadlarından biridir. Əsas tərkibi əriştə olan bu yeməyin  bir çox növləri var.  Ən əsas növü toyuq və tərəvəzli əriştədir. Bütün dünyada sevilən noodle Azərbaycanda Fəvvarələr Meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında yerləşən səyyar-satış məntəqələrində də satılır. Bu ləziz əriştə evdə də asanlıqla hazırlana bilər. Evdar.az ləziz əriştənin ev şəraitində hazırlanma qaydasını təqdim edir.

Ev Şəraitində Noodle-nin tərkibi:

Xəmiri üçün:

  • 2 stəkan un
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı su
  • ¼ çay qaşığı duz
  • 1 çimdik nişasta (qarğıdalı və ya buğda nişastası)

Ev Şəraitində Noodle-nin hazırlanma qaydası:

Əriştə xəmirini hazırlamaq üçün dərin bir qaba un tökün və orta hissəsində çuxur açın. Duz, yumurta və su əlavə edib xəmir yoğurun. Hamar və bərk xəmir əldə etdikdən sonra onu kündələyib streç salafana bükün. Xəmiri 1 saatlıq soyuducuya yerləşdirin. Xəmiri oxlovla və ya xəmir açan aparat köməyi ilə açın. Bu mərhələdə xəmir dəzgaha yapışarsa nişasta səpmək olar. Əriştə xəmirini nazik bir şəkildə açın və səliqəli iri düzbucaqlı xəmir yaratmaq üçün kənarlarından kəsin. Xəmiri 4 qat qatlayın, əvvəlcə yarıya, sonra yenidən yarıya bölün. Bu mərhələdə onların arasına nişasta səpin. Daha sonra xəmiri kəskin bıçaqla nazik zolaqlara kəsin. Diqqətlə kəsilmiş xəmirləri əllərinizlə ayırıb boşqaba qoyun. Bu arada nişasta səpin ki, yapışmasın. Əgər kəsdiyiniz əriştələr çoxdursa siniyə porsiyonluq düzüb dondurun. Dordurduqdan sonra soba paketlərinə qoyub saxlaya bilərsiniz. Hazırladığınız əriştələri bişirmək üçün dərin qazana qaynar suyun yarısını və bir çimdik duz əlavə edin.Əriştə xəmirini qaynar suya atın.Təzə xəmir 4-5 dəqiqə bişirilir.Bişmiş əriştə xəmirini süzün və kənara qoyun. Dadlı əriştə xəmirini tərəvəzlərlə, göbələklə, dəniz məhsulları, balıq, toyuq və mal əti kimi əlavələrlə bişirə bilərsiniz. Zövqə görə souslar və ədviyyatlar əlavə edərək yeməyi daha ləzzətli edə bilərsiniz.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir