Ev Şəraitində Qarabaşaq Popkornu

Yields: 1 Serving

Son zamanlarda qarabaşaq yarması popkornu yalnız sağlam həyat tərzi tərəfdarları arasında deyil, həm də uşaqlar arasında getdikcə daha populyarlaşıb. Dadlı və xırçıldayan popkornu mikrodalğalı sobada və ya tavada edə bilərsiniz. Evdar.az ev şəraitində qarabaşaq yarması popkornunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 1 stəkan qarabaşaq yarması
  • 2 stəkan bitki yağı
  • 1,7 stəkan su
  • duz və ya şəkər kirşanı zövqə görə

Hazırlanma qaydası:

Qarabaşaq yarmasını arıtlayıb yuyun. Dərin bir qaba yuyulmuş qarabaşaq yarmasını töküb üzərinə 1,7 stəkan qaynar su və duz əlavə edib 3-4 saatlıq kənarda saxlayın. 3-4 saatdan sonra islanan qarabaşaq yarması ləpələrini yağlı kağız sərilmiş soba sinisinə yayın. Əvvəlcədən 65-70 dərəcə qızdırılmış sobada 150 dəqiqə (2,5 saat) qurudun. Bitki yağını dərin qazana töküb qızdırın. Yaxşıca qızan yağa hissə-hissə qurudulmuş qarabaşaq yarması ləpələrini tökün. Hamısını birdən tökməyin, çünki dənələrin hamısı eyni vaxtda açılmayacaq. Hazır partlayan qarabaşaq dənələrini bir qaşıqla yığın və artıq yağın çəkməsi üçün kağız dəsmalın üzərinə qoyun. Zövqə görə popkorna duz və ya şəkər kirşanı səpin.

  • Qarabaşaq yarması popkornunu hazırlamaq üçün, ləpələri bütöv qarabaşaq yarması lazımdır, doğranmış yarma yox.
  • Əlbəttə ki, qarabaşaq yarması popkornunun hazırlama prosesi olduqca yorucu görünə bilər. Ancaq nəticə buna dəyər! Minimum vaxtda hazırlamaq istəyirsinizsə, o zaman isladılıb qurudulmuş ləpələrini bitki yağı ilə doldurun və 3 dəqiqəlik mikrodalğalı sobaya qoyun. Dənələrin mikrodalğalı sobaya dağılmaması üçün qabı bi qapaqla örtün.
  • İsladılmış qarabaşaq yarması qurudulmalıdır. Əgər vaxtınız varsa nazik bir təbəqədə yağlı kağızın üzərinə yayıb təxminən bir gün otaq temperaturunda saxlayin. Prosesi sürətləndirmək üçün onları sobada təxminən 2,5 saat 70 dərəcə temperaturda qurudun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.