Ev Şəraitində Qırmızı Kürü

Yields: 1 Serving

Mağazaların vitrinlərində baha qiymətə satışa qoyulan qırmızı kürü dadına görə yaxşı olsa da, heç də faydalı məhsul deyil. Belə ki, kürünün uzun müddət xarab olmaması üçün ona müxtəlif kimyəvi maddələr və həddindən artıq duz əlavə edilir. Ancaq ev şəraitində dadı heç də təbii kürüdən seçilməyən balıq bulyonundan kürü hazırlaya bilərsiniz. Evdar.az  mətbəxdə təcrübə həvəskarları üçün ev şəraitində qırmızı kürünün hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 150 qr balıq
  • 250 ml su
  • 0,5 çay qaşığı duz
  • 5 qr aqar-aqar
  • qırmızı rəng qida boyası
  • 1 ədəd dəfnə yarpağı
  • 100 ml günəbaxan yağı

Hazırlanma qaydası:

İlk öncə günəbaxan yağını stəkana töküb 2 saatlıq dondurucuya yerləşdirin.

Balıq bulyonu üçün bir qazana duz, su, dəfnə yarpağı və balığı (hansı növ istəsəniz) qoyub bişirin.

Su qaynamağa başladıqdan 15 dəqiqə sonra qazanı ocaqdan götürün. Hazır bulyonu bir qaba süzün. Bulyonun üzərinə 1 damcı qırmızı qida boyası və aqar-aqar əlavə edib qarışdırın.

Qarışığı ocağa qoyub 5 dəqiqə bişirin. Bulyon qatı kisel konsistensiyasında olmalıdır. Pipetkanın köməyilə və ya iynəsiz şprislə bulyonu çəkib yığın. Dondurucudan çıxardığınız bitki yağının içərisinə bulyonu damcıladın. Kürülər dərhal bərkiyib dibə çökəcək. Bu qaydayla bulyon qurtaranadək damcıladın. Yağı süzgəcə süzün və kürüləri hermetik qaba doldurun.

Süzdüyünüz yağı təkrar istifadə edə bilərsiniz. Ancaq kürüləri soyuducunun  dondurucu rəfində 7 günədək saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.