Ev Şəraitində Sarı Alçadan Palçıq Turşusu

Yields: 1 Serving

Palçıq turşusu Azərbaycan mətbəxinin ləziz yeməklərinin hazırlanmasında istifadə olunan sousdur. Ət yeməklərinə turşməzə-şirin notlar qataraq xörəklərə yaxşı dad verir. Palçıq turşusu həm marinad kimi, həm də yağlı yeməklərin yanında sous kimi süfrəyə verilir. Evdar.az ev şəraitində sarı alçadan hazırlanan palçıq turşusunun reseptini təqdim edir.

Tərkibi:

  • 9 kq sarı alça
  • 200 ml su
  • 3 xörək qaşığı duz (zövqə görə)
  • 3 xörək qaşığı şəkər tozu (zövqə görə)

Hazırlanma qaydası:

İlk öncə alçaları yuyub bir qazana tökün. Üzərinə 200 ml su töküb ocağa qoyun. Qaynamağa başladıqda üzərinə yığılan kəfi kəfgirlə yığın. Bişdikdən sonra qazanı ocaqdan götürüb soyudun. Dərin bir qazanın üzərinə aşsüzən yerləşdirin. Tam yumşalan, tumlarından ayrılan alçaları aşsüzənə töküb tumların,qabıqların ayırın. Aşsüzəndən keçirdikdən sonra qazana töküb ocağa qoyun. Suyu buxarlanıb qatılaşana qədər qarışdıraraq (kəfi çıxdıqca yığaraq) bişirin. Qaynayan alça turşusuna zövəq görə 3 xörək qaşığı duz və şəkər tozu töküb qarışdırın. Hazır alçadan palçıq turşusunu bankaya töküb qışa saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.