Ev Şəraitində Tavada Və Sobada Dana Basdırma

Yields: 1 Serving

Restoranlarda yediyiniz marinada qoyulmuş dana ətindən dana ətindən basdırmanı özünüz ev şəraitində tavada və ya sobada hazırlaya bilərsiniz. Evdar.az dana basdırmanın reseptini təqdim edir.

Tərkibi:

  • dana əti
  • kəklikotu
  • rozmarin
  • limon
  • soğan
  • sarımsaq (zövqə görə)
  • zeytun yağı
  • duz , istiot

Qızartmaq üçün:

  • kərə yağı

Hazırlanma qaydası:

Dana ətinin yumşaq hissəsini nazik doğrayın. Doğranmış ətin üzərinə duz, istiot, zeytun yağı, kəkliotu, rozmarin, limon suyu, xırda doğranmış soğan və sarımsaq əlavə edib qarışdırın. Marinə etdiyiniz ətlərin üzərini örtüb 1 gün soyuducuda saxlayın. Daha sonra ətlərin üzərindən soğan və sarımsaqları təmizləyin. Tavada kərə yağını əridib qızğın yağda ətləri iki tərəfli qızardın. Zövqə görə görə bişənə yaxın tavaya doğranmış kartof düzüb bişirmək olar.
Sobada bişirmək üçün soğan və sarımsaqlardan təmizlədiyiniz ətləri yağlı kağız sərilmiş soba sinisinə düzün. Ətlərin yanına zövqə görə kartof düzüb üzərini folqa kağızı ilə bağlayıb əvvəlcədən 250 dərəcə qızdırılmış sobada bişirin. Daha sonra folqa kağızını çıxarıb ətlərin üzəri qızarması üçün yenidən sobaya yerləşdirin.

Əlavə qeyd:

  • Zövqə görə ətləri ət çəkiciylə döyə bilərsiniz.
  • Sobada bişirdikdə ətlərə mayonez vura bilərsiniz.
  • Tavada qızaran ətlərin tam bişməsi üçün qapağı bağlı bişirin. Ətin tez və gec bişməsi dana ətinin yumşaq hissəsindən asılıdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.