Ev şəraitində KFC restoran şəbəkəsində zövq alaraq yediyiniz Twister dürümünü hazırlaya bilərsiniz. Evdar.az KFC-dəki kimi Twister dürümünün reseptini təqdim edir.
Ev Şəraitində KFC-dəki Kimi Twister Dürümün tərkibi:
- 2 ədəd toyuq filesi
Bulamaq üçün quru qarışıq:
- 1,5 stəkan un
- 1 xörək qaşığı duz
- 1 xörək qaşığı şirin qırmızı bibər tozu
- 0,5 çay qaşığı sarımsaq tozu
- 0,5 çay qaşığı istiot
Bulamaq üçün maye qarışıq:
- 4 xörək qaşığı un
- 1 ədəd yumurta
- yarım stəkan su
Sousu üçün:
- 3 xörək qaşığı mayonez
- yarım limon suyu
- 1 çimdik istiot
- sarımsaq tozu
- kahı yarpaqları
- lavaş
- pomidor
Ev Şəraitində KFC-dəki Kimi Twister Dürümün hazırlanma qaydası:
Quru qarışığı hazırlamaq üçün dərin bir qabda un, duz, qırmızı şirin bibər tozu, sarımsaq tozu və istiot töküb qarışdırın.
Maye qarışığı hazırlamaq üçün dərin bir qabda un, yumurta və suyu tel çırpıcıyla yaxşıca çırpın.
Toyuq filesini barmaq qalınlığında uzun formada doğrayın. Doğradığınız toyuq filesini ilk öncə maye qarışığa, daha sonra quru qarışığa bulayıb qızdırılmış bol yağda qızardın.
Sousu hazırlamaq üçün bir qabda mayonez, sarımsaq tozu, yarım limon suyu və istiot töküb yaxşıca qarışdırın. Kahı yarpaqları əllə kiçik hissələrə ayırın. Pomidorları nazik dilimləyin. Lavaşın üzərinə kahı, pomidor. qızartdığınız toyuq fileləri və sous töküb bükün.
Nuş Olsun!