
Baton çörəyi Fransız mətbəxindən dünyaya yayılan bir çörək növüdür. Bu çörəyi həm səhər yeməyi, həm də nahar və ya şam yeməyində istehlak edə bilərsiniz. Evdar.az-ın təqdim etdiyi üsulla ev şəraitində üstü xırçıltılı, içi yupyumşaq baton çörəyini hazırlayın.
Üzəri Xırçıltılı, İçi Yupyumşaq Baton Çörəyinin tərkibi:
- 4 stəkan un
- 1 stəkan ilıq su
- 1 çay qaşığı maya
- 1 çay qaşığı duz
- 1 çay qaşığı şəkər tozu
- 4 xörək qaşığı maye yağ
Üzəri Xırçıltılı, İçi Yupyumşaq Baton Çörəyinin hazırlanma qaydası:
Xəmiri yoğuracağınız qaba ələnmiş un, maya, duz, şəkər tozu maye yağ və ilıq suyu əlavə edib xəmir yoğurun.Yoğurduğunuz xəmirin üzərini örtüb isti yerdə 1 saat mayalanması üçün gözlədin. Mayalanan xəmiri yenidən yoğurub üzərini örtün. Hazır xəmiri kündələyib üstü örtülü şəkildə yarım saat gözlədin.
Dərin bir qazana su doldurub qaynadın. Qaynayan suya 1 çay qaşığı duz töküb qarışdırın. Qazanı ocaqdan götürün və kündəni həmin qaynar suda 40 saniyə gözlədin. Qaynar sudan çıxartdığınız kündəni soba qəlibinə yerləşdirin. Xəmirin üzərinə kəsiklər atıb,küncüt və çörəkotu səpin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Üzəri xırçıltılı, içi yupyumşaq baton çörəyini İftarda və İmsakda süfrəyə verə bilərsiniz!
Nuş Olsun!