Hər kəs evdə hazırlanmış mayonezin mağazadan daha dadlı və sağlam olduğunu bilir. Ancaq hamı çiy yumurtaların istifadəsi səbəbindən hazırlamağa qərar verə bilmir. Evdar.az sizə yumurta olmadan evdə hazırlanmış mayonezin sadə bir reseptini təqdim edir. Bu mayonez dadından demək olar ki, mağazada satılan mayonezlərdən heç fərqlənmir. Yumurtasız ev şəraitində hazırlanmış mayonez salatlar, sendviçlər və müxtəlif qəlyanaltılar üçün mükəmməldir. Sağlamlığa heç bir ziyan etməyən bu ləzzətli sousu bir neçə dəqiqə ərzində hazırlaya bilərsiniz.
Ev Şəraitində Yumurtasız Mayonezin tərkibi:
- 100 ml süd (soya südü olsa daha yaxşı olar)
- 200 ml bitki yağı
- 1 çimdik sarıkök (zövqə görə)
- 1 çimdik duz
- ağ çaxır sirkəsi ya alma sirkəsi və ya limon suyu
Ev Şəraitində Yumurtasız Mayonezin hazırlanma qaydası:
Dərin bir qaba süd, duz və sarıkökü tökün.
Blenderlə südü çırpın. 30-40 saniyə blenderi aşağı-yuxarı hərək etdirərək qarışdıb çırpın.
Blenderlə qarışdırmğa davam edərək bitki yağını nazik axıntılı halında südlü qarışığa əlavə edin.
Yumurtasız mayonezi təxminən 5 dəqiqə çırpın. Üzərinə sirkə (zövqə görə ağ çaxır sirkəsi, limon suyu və ya alma sirkəsi) əlavə edib daha 10 saniyə çırpdıqdan sonra mayonez hazırdır. Hər hansı bir yeməyi bu ləzzətli mayonezlə tamamlaya bilərsiniz.
Nuş Olsun!