Fərqli Dad Axtaranlara Qırmızı Acı Bibər Mürəbbəsi

Yields: 1 Serving

Bir çox tərəvəz və meyvənin mürəbbəsi bişirildiyi kimi acı bibərin də mürəbbəsi olur. Fərqli bir dad axtaranlara təklif etdiyimiz acı bibər mürəbbəsi, tünd qırmızı rəngi və konsistensiyasi ilə digər mürəbbələrə bənzəyir. Acı yeməyi sevənlərin çox bəyənəcəyi bu mürəbbə reseptini dostlarınızla bölüşərək onların da bu ləzzəti kəşf etməyini təmin edə bilərsiniz. Evdar.az qırmızı acı bibər mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

  • 5 ədəd qırmızı acı bibər
  • 5 ədəd qırmızı ətli kapya bibəri
  • 2 stəkan şəkər tozu
  • 1 stəkan su
  • 1 çay qaşığı limon suyu

Hazırlanma qaydası:

İlk öncə bibərlərin tumlarını çıxarıb yuyun və xırda doğrayın. Doğradığınız bibərləri bir qazana qoyun və üzərinə şəkər tozu əlavə edərək 2 saat gözlədin. Daha sonra 1 stəkan su əlavə edərək zəif odda qaynayana qədər bişirin. Qaynadıqdan sonra orta odda 40 dəqiqə qarışdıraraq bişirməyə davam edin. Ocağı söndürməzdən əvvəl limon suyunu əlavə edin. 10 dəqiqə gözlədikdən sonra bankaya dolduraraq qapağını bağlayın. Bankaları tərs çevirərək saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.