Fərqli Dad: Bildirçin Dolması

Yields: 1 Serving

Bildirçin əti tərkibindəki vitamin və minerallara görə digər quş ətlərindən daha faydalı hesab olunur. Ailənizin, övladlarınızın sağlamlığı üçün bildirçin əti əvəzedilməz qidadır. Bildirçin dolması ölkəmizdə çox nadir yeməklərdən biridir. Bildirçin əti çox geniş olaraq istifadə edilmədiyi üçün tapılması da çətindir. Adətən ov ilə məşğul olan insanlar bildirçin ətinin dadından xəbərdardırlar. Evdar.az sizlərə bildirçin ətindən ləzzətli dolma reseptini təqdim edir.

Tərkibi:

  • 5 ədəd orta ölçülü bildirçin
  • 5 xörək qaşığı kərə yağı
  • 1 ədəd böyük soğan
  • 1 çay qaşığı duz
  • 1 stəkan düyü
  • 1 xörək qaşığı quş üzümü
  • 1 çay qaşığı darçın
  • 1 çay qaşığı istiot
  • 2 stəkan su
  • 1 xörək qaşığı dolmalıq fıstıq

Hazırlanma qaydası:

İlk öncə təmizlənmiş bildirçinləri yuyun. Daha sonra düyünü duzlu suda bir müddət saxlayın. Bir ədəd böyük ölçülü soğanı kub şəklində doğrayın. Quş üzümlərini də eynilə düyü kimi ilıq suda saxlayın. Tavaya 2 xörək qaşığı kərə yağı qoyun və əridin. Daha sonra bildirçinləri tavaya qoyub bir neçə dəqiqə qızardın. Qızarmış bildirçinləri servis edəcəyiniz boşqaba yerləşdin. Qalan 3 xörək qaşığı kərə yağını tavada əridib soğanları yağda qovurun. Qızarmış soğanlara suda saxladığınız düyünü və quş üzümünü, duzu, istiotu , darçını və dolmalıq fıstıqları tavaya əlavə edin. Yaxşıca qarışdırıb təxminən 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan su əlavə edərək dolma içliyini bişirin. Bişmiş içliyi 20 dəqiqə kənarda saxlayın. Qızarmış bildirçinləri hazırladığınız içliklə doldurun. Daha sonra doldurulmuş bildirçinləri istiyədavamlı soba üçün şüşə bir qaba yerləşdirin. 2 stəkan su əlavə edib əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Sobadan çıxardığınız bildirçin dolmasını isti şəkildə süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir