Fərqli Ləzzət Axtaranlar Üçün Mərciməkli Börək

Yields: 1 Serving

Mərciməkli börək fərqli ləzzət axtaranlar üçün mükəmməl bir alternativdir. Evdar.az xırçıldayan mərciməkli börək reseptini təqdim edir.

Tərkibi:

  • 6 ədəd lavaş (yuxa)

Sousu üçün :

  • 2 ədəd yumurta
  • 1 stəkan süd
  • 1 stəkan qatıq
  • 1.5 stəkan zeytun yağı
  • 1 paket qabartma tozu

İçlik üçün :

  • 1 stəkan yaşıl mərcimək
  • 1 ədəd orta ölçülü kartof
  • yarım dəstə cəfəri
  • 1 ədəd yaşıl soğan
  • zövqə görə duz, qırmızı bibər tozu, zirə, istiot, sarıkök

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün mərciməyi bir qazana tökün. Kartofu soyub kiçik-kiçik doğrayıb qazana tökün. Üzərinə çıxacaq qədər su əlavə edib qaynadın. Bişdikdən sonra suyu artıq qalarsa süzün. Bir qabda bişmiş mərcimək və kartofun üzərinə xırda doğranmış cəfəri və soğanı əlavə edin. Ədviyyatları da töküb qarışdırın.
Sousu hazırlamaq üçün bir qabda yumurta, yağ, süd, qatıq və qabartma tozunu tel çırpıcıyla çırpın. Lavaşı dəzgahın üzərinə sərib sous yaxın. 2-ci lavaşı da digərinin üzərinə sərin və yenidən sousdan yaxın. Daha sonra lavaşı 8 və ya 12 hissəyə bölün. Hazırladığınız içlikdən hər lavaşa bir qaşıq qoyun və kənarlarını içə qatlayaraq bükün. Digər lavaşları da bu qaydayla hazırlayın. İstəyə görə bükdüyünüz börəkləri sousa və suxari tozuna bulayıb bişirə bilərsiniz. Ya da üzərinə qalan sousdan yaxıb bişirə bilərsiniz. Yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızara qədər bişirin

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.