Fanta Dadında Kompot

Yields: 1 Serving

Ərik və portağaldan çox dadlı Fanta dadında bir kompot hazırlaya bilərsiniz. Dadı məşhur Fanta içkisinə çox oxşayan bu kompotu hazırladıqdan sonra içə bilərsiniz və ya qışa saxlaya bilərsiniz. Evdar.az Fanta dadında kompotun reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq ərik
  • 1 ədəd portağal
  • 2 stəkan şəkər tozu
  • 3 litr su

Hazırlanma qaydası:

İlk öncə ərikləri yuyun və tumunu çıxarın. Portağalın qabığını soyun və halqa şəklində dilimləyin. Böyük bir qazanda su (3 litr) və şəkər tozunu qaynadın. 3 litrlik balona sterilizə edin. Balona ərik və portağal dilimlərini yerləşdirin və üzərinə qaynar siropu tökün. Balonun qapağını bağlayın (zakatkalayın) və tərs çevirin. Balonun üzərinə isti dəsmal örtüb soyuyana qədər kənarda saxlayın. Soyuyan kompotu sərin və qaranlıq yerdə saxlayın. Və ya açıb istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.