Faydalı Qəlyanaltı: Mərcimək Çipsi

Yields: 1 Serving

Son günlərdə bütün dünyaya təsir edən pandemiya, sosial həyatı məhdudlaşdıraraq evdə qalmağı tələb edir. Evdə vaxt keçirməyiniz də zərərli yemək yemək istəyinizi artırır. Çox çəki aldırmayan, lakin ləzzətli olan reseptlər bu müddətdə xilaskardır. Qırmızı mərcimək çipsləri evdə bir film və ya serial izlədikdə istifadə edəcəyiniz faydalı qəlyanaltılardan biridir. Evdar.az faydalı qəlyanaltı istəyənlər üçün mərcimək çipsinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan qırmızı mərcimək
  • 1 xörək qaşığı tomat
  • 1 stəkan su
  • 1 ədəd kiçik ölçülü soğan
  • 1-2 diş sarımsaq
  • 1 çay qaşığı zərdəçal
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 çay qaşığı çörəkotu
  • istəyə görə ədviyyat növləri
  • duz

Hazırlanma qaydası:

Mərciməkləri axşamdan isladın və ya ilıq suda bir saat saxlayın. İsladılmış mərcimək, tomat, su, soğan, sarımsaq, zərdəçal, bibər tozu,çörəkotu və ədviyyatları əlavə edib blenderdən keçirin. Daha sonra yağlı kağızın üzərinə incə təbəqə halında yayın. İstəyə görə kəsərək forma verə bilərsiniz. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 – 25 dəqiqə quruyana qədər bişirin.

Qeyd: Qırmızı mərcimək çipsi 795 kaloridir. 1 porsion isə təxminən 199 kaloridir. Mərcimək, hüceyrə toxumalarını yeniləyən, lif nisbəti yüksək bitki mənşəli bir zülal qaynağıdır. Bu resept mərciməyi fərqli şəkildə sınamaq istəyənlər üçün alternativ bir variantdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.