Faydalı Və Ləzzətli Qarpız Qabığından Mürəbbə

Yields: 1 Serving

İsti havaların ən sevilən giləmeyvəsi qarpızın özü qədər qabığı da çox faydalıdır. Sağlamlıq üçün son dərəcə faydalı olan qarpız qədər qabığı da vitamin və mineral anbarıdır. Evdar.az qarpız qabığından hazırlanan mürəbbə reseptini təqdim edir.

Tərkibi:

  • 2 kq qarpız qabıqları
  • 1 kq şəkər tozu
  • 1 ədəd limon

Hazırlanma qaydası:

Qarpızın yaşıl qabıqlarının bərk hissəsini kəsin. Qalan ağ qatı da kiçik kubiklər formasında doğrayın. Kubikləri tərəzi ilə çəkin (şəkər tozunun düzgün hesablanması üçün).1 kq qarpız qabığına 700 qr şəkər tozu lazım olacaq. Qarpız qabıqlarının üzərinə şəkər tozu tökün və 3-4 saat saxlayın. Daha sonra qarışdırın və orta odda 10 dəqiqə (qaynamağa başlayan andan) bişirin.Ocağın üzərindən götürün, üstünə qapaq örtün və bir gecə saxlayın (qarpız dilimləri şirəni özünə çəksin deyə). Limonun qabıqlarını rəndənin xırda gözündən keçirin və limonun şirəsini sıxın. Qarpız mürəbbəsini qaynamağa qədər çatdırın, limon qabığını əlavə edin və zəif odda 30 dəqiqə bişirin. Daha sonra limon şirəsi əlavə edin və daha bir 10 dəqiqə bişirin. Sterilizə edilmiş bankalara mürəbbələri bölüşdürün və bağlayın. Otaq temperaturunda tam soyuyanandək saxlayın. Daha sonra sərin və qaranlıq yerdə saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.