Faydalı Xurmadan Ətirli Keks

Yields: 1 Serving

Xurma kali, kalsi, maqni, fosfor və dəmirlə, A, C  və P vitaminləri ilə zəngindir. Bu faydalı xurmadan asan, dadlı və ətirli keks hazırlaya bilərsiniz. Evdar.az ətirli xurmalı keksin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 140 qr şəkər tozu
  • 180 qr 35% yağlılığı qaymaq
  • 240 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 40 qr badam ləpəsi
  • 150 qr xurma

Hazırlanma qaydası:

İlk öncə bir qabda yumurtanı şəkər tozuyla mikserlə çırpın. Qaymağı da əlavə edib bir neçə dəqiqə daha çırpın. Ələnmiş un və qabartma tozunu da əlavə edib qarışdırın. Badam ləpəsini xırda doğrayıb, 1/3 hissəsini xəmirə əlavə edin. Zövqə görə xurmanı kiçik kub formasında doğrayıb xəmirə əlavə edə bilərsiniz. 23 x 13 sm ölçülü qəlibə yağlı kağız sərin və xəmiri töküb yayın. Xurmanın cecəsini və tumlarını çıxarıb dilimləyin. Xurma dilimlərini xəmirin üstünə düzün və qalan badam ləpəsini səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin. Bişən keksi soyudub üzərinə şəkər kirşanı səpin.

Nuş Olsun! 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir