Fərqli Dad: Sobada Kartof Dolması

Fərqli Dad: Sobada Kartof Dolması
Difficulty: Easy

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. Evdar.az hər kəsin bəyənəcəyi sobada karof dolmasının reseptini təqdim edir.

Sobada Kartof Dolmasının tərkibi:

  • 6-7ədəd orta ölçülü kartof
  • 200 qr qiymə
  • 1 ədəd soğan
  • 1 stəkan pomidor suyu
  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı qarğıdalı yağı
  • 1 xörək qaşığı tomat
  • 1 stəkan isti su
  • duz, istiot
  • 3 budaq reyhan

Sobada Kartof Dolmasının hazırlanma qaydası:

İlk öncə kartofları yuyun. Bir qazanda 1 çay qaşığı duz əlavə edilmiş qaynar suda kartofları diri qalacaq şəkildə bişirin. Ocaqdan götürüb kartofları soyudun və qabıqlarını soyun. Kartofların iç hissələrini ovaraq çıxardın.

İçlik üçün soğanı soyub doğrayın. Reyhanı da xırda doğrayın. Qiyməni dərin bir qaba tökün. Üzərinə xırda doğranmış soğan, reyhan, 1 ədəd yumurta, duz və istiotu əlavə edib qarışdırın. Hazırladığınızı içliyi ovulmuş kartofların içərisinə bölüşdürün. İçliklə doldurulmuş kartofları odadavamlı soba qabına yerləşdirin.

Sousu üçün bir qabda tomat, pomidor suyu, qarğıdalı yağı və 1 stəkan isti suyu töküb qarışdırın. Hazırladığınız sousu kartof dolmalarının üzərinə gəzdirərək tökün. Kartof dolmasını əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirilmə müddətində soba qabındaki sousu arabir bir qaşıq köməyi ilə bir az götürərək kartofların üzərinə gəzdirərək tökün. Kartof yumşalanadək bişirin və sobadan götürün. Bişən dadlı kartof dolmasını isti-isti süfrəyə verin.

Nuş olsun!

1 Şərhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir