Möhtəşəm görünüşü və dadı ilə müasir desertlərdən biri olan “Xazelnat (Hazelnut) “pirojnasını hazırlaya bilərsiniz. Bu dadlı pirojnanın tərkibi fındıqlı biskvit, fındıqlı muss və fındıqlı kremdən ibarətdir. Evdar.az fındıqlı pirojnanın reseptini təqdim edir.
Fındıq Görünüşlü “Xazelnat” Pirojnasının tərkibi:
Fındıqlı kremli içlik üçün:
- 80 qr 33 % yağlılığı qaymaq
- 25 qr yumurta sarısı
- 80 qr 50%-lik fındıq pralin
Fındıqlı biskvit üçün:
- 125 qr fındıq unu
- 100 qr şəkər tozu
- 175 qr yumurta
- 100 qr yumurta ağı
- 25 qr şəkər tozu
- 20 qr fındıq
Fındıqlı muss üçün:
- 160 qr 33 % yağlılığı qaymaq
- 90 qr 33% yağlılığı qaymaq
- 4 qr yarpaq jeatin
- 130 qr 33,6 % -lik südlü şokolad
- 45 qr 50 %-lik fındıq praline
Qlazur üçün:
- 175 qr kakao yağı
- 200 qr 54,5 %-lik tünd şokolad
- 60 qr 33,6 %-lik südlü şokolad
- 20 qr bitki yağı
- 5 qr bitki yağı
Fındıq Görünüşlü “Xazelnat” Pirojnasının hazırlanma qaydası:
Fındıqlı kremli içliyi hazırlamaq üçün kiçik qazançaya 80 qr yağlı qaymağı və yumurta sarısını tökün. Zəif ocaqda silikon qaşıqla dayanmadan qarışdıraraq 80-82 dərəcəyə qadər bişirin. Silikon qaşıqda barmaq izi qalırsa demək hazırdır. Ölçü stəkanına 25 qr qr südlü şokolad və 80 qr fındıq pralin töküb, üzərinə qaynar qaymağı əlavə edin. Blenderlə yaxşıca qarışdırın. 6 ədədli dairəvi silikon formalara hazırladığınız kütləni bölüşdürün və soyuducunun dondurucu rəfinə yerləşdirin.
Fındıqlı biskvit
Fındıqlı biskviti hazılamaq üçün fındıq ununu qovurun (fındıq ətrinin daha güclü olması üçün). Bunun üçün yağlı kağız sərilmiş soba sinisinə unu töküb əvvəlcədən 130 dərəcə qızdırılmış sobaya yerləşdirin. Yüngül qızılırəng olanadək arabir qarışdırın.
Mikserin qabında 100 qr yumurta ağını 25 qr şəkər tozuyla mikserlə yaxşıca çırpın. Başqa bir qabda 175 qr yumurta, 100 qr şəkər tozu və 125 qr fındıq ununu mikserlə qarışdırın. Üzərinə çırpılmış yumurta kütləsini də əlavə edib ehtiyyatla qarışdırın.
Sobada bişirmək üçün silikon xalçanı soba sinisinə yerləşdirin. Üzərinə düzbucaqlı metal çərçivəni ( 30x 30 sm) də yerləşdirin. Xəmiri qəlibə yayın və üzərinə 20 qr xırdalanmış fındığı səpin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada üzəri yüngül qızaranadək bişirin.
Bişən korju streç salafan büküb kənarda saxlayın.
Fındıqlı muss
Fındıqlı mussu hazırlamaq üçün ilk öncə buzlu suda yarpaq jelatini isladın. 90 qr qaymağı ocaqda isidin (qaynatmayın). Ocaqdan götürüb üzərinə isladılmış jelatini əlavə edin. Daha sonra üzərinə 45 qr fındıq pralin kremi əlavə edib qarışdırın. İsti qaymaqlı kütləni 130 qr südlü şokoladın üzərinə töküb qarışdırın. Şokoladın yaxşı əriməsi üçün 10 saniyə isidə bilərsiniz. 160 qr qaymağı mikserlə yaxşıca çırpın. Şokoladlı kütlə 30 dərəcəyədək soyuduqda çırpılmış qaymağqla birləşdirib spatuyla ehtiyyatla qarışdırın. Fındıqlı mussu böyük ölçülü konditer torbasına doldurun.
Fındıqlı biskvitdən fındıq formasında qəliblərlə 6 ədəd kəsin. Fındıq formalı silikon qəlibin yarısına qədər hazırladığınız mussla doldurun. Üzərinə dondurulmuş fındıqlı kremli içliyi yerləşdirib yüngül batırın, əgər ehtiyac yaranarsa mussdan azca əlavə edə bilərsiniz. Daha sonra üzərinə fındılıq biskviti yerləşdirin. Bu qaydayla 6 ədəd qəlibləri doldurun və soyuducunun dondurucu rəfinə yerləşdirin.
Qlazuru hazırlamaq üçün qazançada 175 qr kakao yağını əridin. Bir ölçü qabına tünd şokoladı, digərinə südlü şokoladı tökün. Tünd şokoladın üzərinə 140 qr, südlü şokoladın üzərinə 35 qr qaynar kakao yağı əlavə edin. Şokoladın əridiyindən əmin olduqdan sonra tünd şokoladın üzərinə 20 qr, südlü şokoladın üzərinə isə 5 qr bitki yağı töküb blenderlə ikisini də yaxşıca qarışdırın.
Soyuducudan götürdüyünüz silikon qəlibi içərisindəki pirojnanın birini çıxarın. Aşağı hissəsindən taxta çöp batırıb qlazura hər tərəfli bulayın. Əlinizdə bir tərəfə əyərək (burun hissəsi azca aşağı baxacaq şəkildə) saxlayın. 20 saniyəyə qlazur bərkiyəcək. Fırçayla südlü şokoladdan fındığın arxa hissəsinə cızma hərəkətləri ilə yüngül yaxın. Hazırladığınız pirojnanı çöpdən ehtiyyatla çıxarıb yağlı kağızın üzərinə yerləşdirin. Bu qaydayla qalan pirojnaları da qlazura bulayın.
Nuş Olsun!