Gədəbəy Mətbəxinin Ləziz Kartoflu Xəngəli

Gedebey Metbexinin Leziz Kartoflu Xengeli 2
Yields: 1 Serving

Füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə görənləri heyran edən Gədəbəy milli mətbəx nümunələriylə də zəngindir. Bu rayon kartof  istehsalında ixtisaslaşdığı üçün Gədəbəy dedikdə daha çox kartof yada düşür. Kartofla hazırlanan ləziz mətbəx nümunələrindən biri də kartoflu xəngəldir. Evdar.az Gədəbəy mətbəxinin ləziz kartoflu xəngəlinin reseptini təqdim edir.

Gədəbəy Mətbəxinin Ləziz Kartoflu Xəngəlinin tərkibi:

Xəmiri üçün:

  • yarım kq un
  • 1 ədəd yumurta
  • su
  • duz

Üzəri üçün:

  • 1 ədəd kənd toyuğu (çolpa)
  • 3 ədəd soğan
  • kərə yağı
  • duz, istiot. sarıkök
  • 2-3 ədəd kartof
  • qatıq
  • sarımsaq

Gədəbəy Mətbəxinin Ləziz Kartoflu Xəngəlinin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un, duz, yumurta və apardığı qədər az-az ilıq su əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmirin üzərini örtüb otaq temperaturunda 10 dəqiqə saxlayın.

Toyuğu doğrayıb suda bişirin. Soğanı yarım halqa formasında doğrayıb kərə yağında qovurun. Qovrulmuş soğana bişmiş toyuq tikələrini, duz, istiot, sarıkök əlavə edib bişirib ocaqdan götürün.

Xəmirdən 4-5 ədəd kündə hazırlayın. Kündələri unlanmış dəzgahın üzərində 1-1.5 sm qalınlığında yuxalar yayıb xəngəllər kəsin. Qazana xəngəli bişirmək üçün su töküb qaynamağa qoyun. Qaynayan suya zövqə görə duz əlavə edin. Kartofların qabığını soyub dilimləyin. Qaynayan suya ilk öncə kartof dilimlərini əlavə edib 5 dəqiqə bişməyə qoyun. Daha sonra kəsilmiş yarpaq xəngəllərini də əlavə edib kartofla birlikdə bişirib süzün. Kartoflu xəngəli boşqablara çəkib üzərinə sarımsaqlı qatıq və soğan qovurmasını da əlavə edib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir