“Gəlin Örtüyü” Qaskonsayağı Alma Piroqu

Gelin-ortuyu-qaskonsayagi-Alma-Piroqu1.jpg
Yields: 1 Serving

Bu inanılmaz dadlı və möhtəşəm piroq yuxası nazik və qızılı-qəhvəyi qabığına görə “toy duvağı” və ya “gəlin örtüyü” adlandırılır. Fransız mətbəxinin üzəri zərif , xırtıldayan şirniyyatı, ətirli alma içliyi və karamelli turşməzə dadı ilə yeyənləri heyran edəcək. Evdar.az Qaskonsayağı alma piroqunun reseptini təqdim edir.

“Gəlin Örtüyü” Qaskonsayağı Alma Piroqunun tərkibi:

  • 1 kq alma
  • 12 ədəd nazik qatlı paxlava yuxası (yufkası)
  • 100 qr şəkər tozu içlik üçün
  • 100 qr şəkər tozu yuxalar üçün
  • 100 qr kərə yağı
  • 1 xörək qaşığı nişasta
  • 1 ədəd limon

“Gəlin Örtüyü” Qaskonsayağı Alma Piroqunun hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün ilk öncə almaların qabığını soyub kiçik kub formasında doğrayın. Bir qabda doğranmış almaların üzərinə 100 qr şəkər tozu, nişasta, vanil və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edib qarışdırın. Zövqə görə darçın tozu da əlavə edə bilərsiniz.

6 qat paxlava yuxasını yarım xörək qaşığı əridilmiş kərə yağı ilə yağlayın və şəkər tozu səpib  dairəvi soba qəlibinə üst-üstə düzün. Altıncı qatdan sonra hazırladığınız içliyi (suyunu süzərək) yuxanın üzərinə yayın. Qalan  5 ədəd yuxanı da hər birini yağlayıb şəkər tozu səpib üst-üstə düzün. 1 ədəd yuxanı da gül formasında büküb piroqun orta hissəsinə yerləşdirib yağlayın. Soba qəlibinin kənarlarına çıxan yuxaların qatlarını orta hissəyə doğru bastalamadan, sadəcə büzün.Üzərinə yumurta sarısı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya yerləşdirin. 15 dəqiqə  sonra  piroqun üzərinə yağlı kağız sərib yenidən sobaya yerləşdirib təxminən 25-30 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir