Gil Küpədə Tərəvəzli Toyuq Yeməyi

Yields: 1 Serving

Azkalorili toyuqdan dopuda (gil küpə, çanax) öz suyunda bişən, tərəvəzli, kəklikotuyla dadlandıran ləziz toyuq yeməyi hazırlaya bilərsiniz. Evdar.az  çox dadlı və hazırlanması çox vaxt aparmayan yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 5 ədəd toyuq budu (və ya istədiyiniz hissəsi ola bilər)
  • 3 ədəd soğan
  • 2 ədəd pomidor
  • 6-7 diş sarımsaq
  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı qırmızı bibər tozu(paprika)
  • ½ çay qaşığı istiot
  • 5 çimdiz duz

Hazırlanma qaydası:

İlk öncə toyuğun bud hissələrini (və ya hər hansı hissəsini istəsəniz) yuyub, kağız dəsmalla qurulayıb duzla ovuşdurun. Dopunu (gil küpə) yağlayın və duzla ovuşdurduğunuz toyuq budunu içərisinə yerləşdirin. Toyuğun üzərinə istiot və kəklikotu səpin. Qabığı soyulmuş soğanların üzərindən 2 ədəd kəsiklər atın. Sarımsaqları qabıqlı şəkildə yaxşıca yuyun. Qabıqlı sarımsaqları, kəsik atılmış soğanları və soyuq kərə yağını dilimləyib toyuqların üzərindən yerləşdirin. Pomidorları halqa şəklində doğrayıb toyuqların üzərinə yerləşdirin. Dopuya 4 xörək qaşığı su töküb qapağını örtün və 175 dərəcə qızdırılmış sobada 1 saat bişirin. 1 saatın tamamında qapağını götürün və sobanın dərəcəsini 220-yə qaldıraraq daha 30 dəqiqə bişirin. Bişən yeməyi boşqaba çəkin və isti çörəklə süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.