Glütensiz Qidalananlar və Veganlar Üçün Pəhriz Çörəyi

Yields: 1 Serving

Bu, çölyak xəstəliyi, glütenə allergiyası olan insanlar və vegan qidalananlar  üçün faydalı çörək növüdür. Evdar.az pəhriz çörəyini reseptini təqdim edir.

Glütensiz Qidalananlar və Veganlar Üçün Pəhriz Çörəyin tərkibi:

  • 2,5 stəkan çiy qarabaşaq yarması
  • 1 stəkan su
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 xörək qaşığı çia və ya kətan toxumu

Glütensiz Qidalananlar və Veganlar Üçün Pəhriz Çörəyin hazırlanma qaydası:

İlk öncə qarabaşaq yarmasını 14 saat bol suda isladın. Bu saatın sonunda qarabaşaq yarmasını süzüb bir az yuyun. Blenderin qabın yuyulub süzülmüş qarabaşaq yarması,  1 stəkan su və 1 çay qaşığı duz əlavə edib çox yüngül blenderdən keçirin. Hazırladığınız kütləni başqa bir qaba töküb üzərini örtün və otaq temperaturunda 24 saat saxlayın. Vaxtın sonunda zeytun yağını və istədiyiniz toxumları əlavə edib yaxşıca qarışdırın. Yağlı kağız sərilmiş baton soba qəlibinə xəmiri töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 45 dəqiqə bişirin. Sobadan çıxartdıqdan 5 dəqiqə sonra qabdan çıxarın və dəmir telin üzərində soyumasını gözləyin. Yaxşıca soyuduqdan sonra dilimləyib soyuducuda saxlaya bilərsiniz. Əgər uzunömürlü olmağını istəyirsinizsə dondurucuda saxlayın. Dondurucudan çıxarıb qızardıb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir