Göbələkli Qarabaşaq Kotleti

Yields: 1 Serving

Qarabaşaq kotleti tez hazırlanan və faydalı pəhriz yeməyidir. Evdar.az göbələkli qarabaşaq kotletinin reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr qarabaşaq
  • 300 qr göbələk
  • 150 qr soğan
  • 1 çay qaşığı nişasta
  • göyərti
  • duz, istiot

Hazırlanması:

İlk öncə qarabaşağı bişirin və blenderdən keçirin. Soğanı xırda doğrayıb yağda qızardın. Üzərinə xırda doğranmış göbələyi də əlavə edib qovurun. Göbələklə qovrulmuş soğanı da blenderdən keçirin. Bir qabda blenderdən keçirilmiş qarabaşaq və göbələkli soğanı qarışdırın. Üzərinə xırda doğranmış göyərti, duz, istiot və nişasta əlavə edib yaxşıca qarışdırın. Kotletlər hazırlayıb tavada qızardın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.